Hörmüz boğazı İranın bir hissəsidir və belə də qalacaq
İslamazeri.com xəbər verir ki, İslam İnqilabının Ali Rəhbərinin müşaviri Məhəmməd Muxbir ABŞ-ın bölgədəki hərəkətlərinə reaksiya verərək Hörmüz boğazının İranın ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Muxbir açıqlamasında dedi:
"Düşmən İranın hüquq və mənafelərini bizdən qətiyyən ala bilməz. Hörmüz boğazı İslam Respublikasının bir hissəsi olaraq İrana məxsusdur və İrana məxsus olmağa davam edəcək. İslam Respublikasının tədbirləri və planları olmadan bundan faydalanmaq mümkün deyil."
Muxbir sözünə davam edərək deyib: "Trampın yaratdığı bu vəziyyət bütün dünya üçün problemlər yaradır. Biz maraqlarımızla bağlı qəti mövqeyimizi qoruyub saxlayacağıq və onları dəstəkləmək və təmin etmək üçün mübarizə aparacağıq."