Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunub

Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunub
Yayınlanma tarixi: 4/8/2026 3:51:06 PM

Hörmüz boğazında gəmi hərəkəti bərpa olunub.

İslamazeri.com xəbər verir ki, İranın ABŞ ilə atəşkəs razılaşmasını qəbul etməsindən sonra Hörmüz boğazından ilk kommersiya gəmisi keçib.

Dəniz nəqliyyatını izləyən Marine Traffic məlumatlarına görə, boğazdan iki gəmi keçib.

Marine Traffic-in sosial media platforması X-də paylaşdığı məlumata görə, Yunanıstanda yerləşən bir şirkətə məxsus NG Earth yük gəmisi çərşənbə günü saat 08:44-də Qrinviç Orta Vaxtı (GMT) ilə boğazdan keçib.

Bu keçiddən əvvəl Liberiya bayrağı altında üzən Dayton Beach gəmisinin Bəndər Abbas limanından çıxdıqdan qısa müddət sonra saat 06:59-da boğazdan keçdiyi bildirilir.

Bu fəaliyyət Pakistanın Baş naziri Şahbaz Şərifin diplomatik açıqlamasından sonra baş verib. Baş nazir Şərif bildirib ki, İran İslam Respublikası, ABŞ və müttəfiqləri Livan da daxil olmaqla hər yerdə tətbiq olunacaq və dərhal qüvvəyə minəcək tam atəşkəs barədə razılığa gəliblər.

ABŞ Prezidenti Donald Tramp da hadisələrə sosial media platforması Truth Social vasitəsilə münasibət bildirib.

Tramp İran İslam Respublikasının Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə yenidən açması şərti ilə İrana qarşı bombardman və hücumların iki həftə müddətinə dayandırılacağını açıqladı.

GÜNÜN MANŞETLERİ