Hörmüz boğazında gəmilərin hərəkəti sıfıra enib.
İslamazeri.com xəbər verir ki, İran tərəfindən Hörmüz boğazının bağlandığı elan edildikdən sonra gəmilərin hərəkəti sıfıra enib.
Xatəmül-Ənbiya Qərargahı Hörmüz boğazı ilə bağlı açıqlama verib.
Bəyanatda deyilir: "Bölgədəki təhlükəsizliksizlik səbəbindən Hörmüz boğazı bundan sonra neft tankerləri və kommersiya gəmiləri də daxil olmaqla bütün növ gəmilər üçün bağlıdır və keçid cəhdlərinin qarşısı alınacaq".
Bu xəbərdarlıqdan sonra İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından qanunsuz keçməyə çalışan iki gəmini vurduğunu açıqlayıb.
Peyk görüntüləri Xatəmül-Ənbiya Qərargahının açıqlamasından sonra Hörmüz boğazında heç bir hərəkətin olmadığını göstərir.
Hörmüz boğazı Yaxın Şərqdə Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən dar, uzun bir su yoludur və əhəmiyyətli geosiyasi əhəmiyyətə malikdir.