Hörmüz boğazından ikinci İran gəmisi də keçib

Hörmüz boğazından ikinci İran gəmisi də keçib
Yayınlanma tarixi: 4/16/2026 10:59:17 AM

Hörmüz boğazından ikinci İran gəmisi də keçib.

İslamazeri.com xəbər verir ki, ABŞ administrasiyası və Trampın İrana tətbiq etdiyini iddia etdiyi "dəniz blokadası" bu gün yenidən pozulub. İran neft tankerinin ardınca, izləmə cihazı işə salınmış şəkildə toplu yük daşıyıcısı da Hörmüz boğazından keçib.

Yarırəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, gəminin Fars körfəzinin şimalındakı İmam Xomeyni limanına doğru getdiyi bildirilir.

Tanker izləmə şirkətlərindən əldə edilən real vaxt məlumatları göstərir ki, dünən İranla əlaqəli daha iki gəmi də Hörmüz boğazından keçib.

GÜNÜN MANŞETLERİ