Yəmən "Ənsarullah" lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi “şəhid lider Əli Xameneinin möhtərəm ailəsinə, müsəlman İran xalqına, onun bütün rəsmi qurumlarına, mücahid İnqilab Keşikçilərinə və bütün İslam ümmətinə ən dərin hüznlə başsağlığı və səmimi həmrəylik” ifadə edib.
İslamazeri.com "Əl Məsirə"yə istinadən xəbər verir ki, Seyid Əl-Husi bu gün axşam çıxışında Ayətullah Seyid Əli Xameneinin şəhadəti ilə bağlı çıxış edib.
O “İran İslam Respublikası böyük ilahi alim, İslam İnqilabının rəhbəri və imamı, böyük mücahid lider, xoşbəxt şəhid Seyid Əli Hüseyni Xameneinin (Allah ondan razı olsun) şəhid olduğunu elan etdi. Onu İslam və müsəlmanların düşmənləri – dövrün təkəbbürlü və cinayətkar Amerika və İsrail zalımları – İran müsəlman xalqına qarşı xəyanətkar təcavüzləri zamanı qətlə yetirdilər”, -deyə bildirib.
O əlavə edib ki, ABŞ-sionist təcavüzünün məqsədi “İsrail düşməninə regiona nəzarəti təmin etmək, bu məqsədə mane olan ən böyük əngəli – İslam Respublikası və onun islami, cihadçı və inqilabi, azadlıqçı yönümünü aradan qaldırmaqdır; bu yönüm sionist hegemonluğunu rədd edir, Fələstin məsələsini dəstəkləyir və region xalqlarının yanında dayanır”. O vurğulayıb ki, Xameneinin itkisi “İslam dünyası üçün real və böyük itkidir”.
Əl-Husi bildirib ki, bu cinayətin məqsədi “İslam İnqilabının rəhbərinin onların zülmünə qarşı durmaq, planlarını puça çıxarmaq və məzlumlara dəstək olmaq istiqamətindəki böyük rolundan xilas olmaqdır; o, həmçinin İslam sistemini zülmkar hegemonluqdan azad, ədalətli dəyərlərə sadiq model kimi təqdim edirdi və İslam ümmətinin, xüsusilə Fələstin məsələsinin haqqını müdafiə edirdi”.
O hesab edib ki, sui-qəsd “İran xalqının və onun rəsmi qurumlarının iradəsini qırmaq, mənəvi ruhunu sarsıtmaq və region hökumətlərini sionizm qarşısında təslim olmağa məcbur etmək məqsədi daşıyır”.
Əl-Husi deyib: “İran xalqının, onun cəsur İnqilab Keşikçilərinin və rəsmi qurumlarının üzərinə düşən vəzifə pak qanlara sədaqət göstərmək, azadlıq, ləyaqət və izzət yolunda möhkəm dayanmaqdır”. O əlavə edib ki, Xameneinin şəhadəti “hüseyni qeyrəti, imani möhkəmliyi və xomeyni iradəsi ilə yolu davam etdirmək üçün güclü stimul olmalıdır”.
O bildirib ki, “ilahi rəhbərlərin qanı və qurbanları cihad və azadlıq yolunu əbədiləşdirir, ümmətin və azad insanların qəlbində fədakarlıq və qətiyyət ruhunu dirildir”.
Əl-Husi vurğulayıb ki, İran İslam Respublikası inqilabının əvvəlindən bu yolu seçib və bütün çətinliklərə baxmayaraq möhkəm dayanıb. Onun sözlərinə görə, düşmənlərin bu cinayətdən gözləntiləri İran xalqının və dövlət institutlarının müqaviməti sayəsində puça çıxacaq.
Sonda o bildirib ki, “İslam ümmətinin xalqları Allah-Təalaya güvənməli, Onun yardım səbəblərindən yapışmalı və qurbanların onları daha da möhkəmləndirməsinə imkan verməlidirlər”. O əlavə edib ki, “İranın mövqeyi möhkəm və sabitdir, cavabı güclü və davamlıdır; İran xalqı, müqavimət və cihad oxu, eləcə də dünyanın azad insanları haqq mövqedə sabit qalacaqlar və aqibət müttəqilərindir”.