İlahi rəhmətdən faydalanmağın 6 meyarı

İlahi rəhmətdən faydalanmağın 6 meyarı
Yayınlanma tarixi: 25.11.2022 16:46:11

İslamazeri.com-un "Din" rubrikasından...

“Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər – onlardır. Həqiqətən, Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir”. (“Tövbə” 71).
Allah Təala bu nurani ayədə İlahi rəhmətdən bəhrələnməyin 6 meyarını bəyan etmişdir.
1. Əmr-be-məruf.
2. Nəhy-əz-munkər.
3. Namaz qılmaq.
4. Zəkat vermək.
5. Allah Təalaya itaət etmək.
6. Həzrət Peyğəmbərə (s) itaət etmək.
İlahi rəhmətin meyarları insanların ictimai və iqtisadi mövzularına aid edilərək, onları başqa insanlara qarşı laqeyd olmamağa və rabitələrini islah etməyə dəvət edir. Ondan sonra Allah və Rəsulu (s) ilə olan rabitəyə işarə edir və buyurur ki, hər kimdə bu 6 meyar olarsa, İlahi rəhmətə şamil olacaqdır.
Allah Təala başqa ayədə buyurur: «Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə) və axirətdə(hesabda, şəfaətdə və cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq». Buyurdu: «(xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam». (“Əraf” 156).
Təfsirçilər bəyan edir ki, o zaman ki, bu ayə nazil olur, hətta şeytan (lən) belə Allahın rəhmətinə tamah salır. Deyir ki, bu ayə mənə də aiddir. Ancaq Allah Öz rəhməti üçün bu meyarları təyin edir ki, bəziləri ondan məhrum olduqlarını dərk etsinlər.
Allah Təbarəkə və Təala bu ayədə buyurur ki, o kəs ki, Allahın bütün ayələrinə iman gətirir, o İlahi rəhmətə şamil olar. O insanlar ki, onlara fayda verən bəzi ayələri qəbul edir və fayda verməyənləri inkar edirlər – bu rəhmət onlara aid edilmir.
Allah Təala Quranda buyurur: “Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!). Buna görə də, sizdən belə iş görənlərin cəzası – dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir”. (“Bəqərə” 85).
Beləliklə deyə bilərik ki, Allahın rəhməti genişdir, ancaq bu geniş rəhmət hamıya şamil edilmir. Bu rəhmətin meyarları vardır ki, hər kim o meyarlara əsasən yaşayarsa və həyat tərzi, əqidəsi o meyarlara uyğun olarsa – İlahi rəhmət qapıları üzünə həmişə açıq olar.(Tebyan)

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43