İlham Əliyev Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədrini qəbul edib

İlham Əliyev Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədrini qəbul edib
Yayınlanma tarixi: 5/17/2023 2:18:17 PM

İlham Əliyev Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədrini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviçi qəbul edib.

İslamazeri.com xəbər verir ki, Mixail Myasnikoviç Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb, Ulu Öndərin böyük tarixi şəxsiyyət kimi Azərbaycanın inkişafında müstəsna rolunu qeyd edib.

Görüşdə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olan üzv dövlətlərlə ticarət dövriyyəsinin və ticarət imkanlarının genişləndirilməsi barədə müzakirələr aparılıb.

Mixail Myasnikoviç Prezident İlham Əliyevə əməkdaşlıq istiqamətləri barədə təkliflər verib.

GÜNÜN MANŞETLERİ

Hizbullahdan Livan hökümətin qərarına etiraz
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan Livan hökümətin qərarına etiraz

3/2/2026 9:22:01 PM
Livan hökümətindən Hizbullaha qadağa qərarı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan hökümətindən Hizbullaha qadağa qərarı

3/2/2026 9:17:35 PM
Müharibənin qalibi kim olacaq?
REDAKTORDAN

Müharibənin qalibi kim olacaq?

3/2/2026 8:08:01 PM