İlham Əliyev: Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik

İlham Əliyev: Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik
Yayınlanma tarixi: 25.11.2022 14:55:08

Biz istəyirik ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesləri paralel şəkildə getsin.

İslamazeri.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

“Hazırda biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses - Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib: “Ermənistan sülh haqqında danışarkən onun nə dərəcədə səmimi olması mənə məlum deyil. Biz sülh istəyirik. Anlamaqlarını istəyirik ki, onların Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik. Biz sərhədlərin delimitasiyasının onların təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq. Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik”.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43