İlham Əliyev Gürcüstanın səfirliyində olub

İlham Əliyev Gürcüstanın səfirliyində olub
Yayınlanma tarixi: 3/27/2026 12:00:01 PM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

İslamazeri.com xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra Prezident Gürcüstanın səfirilə söhbət edib.

Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyanın həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb.

İlham Əliyev Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna toxunub.

Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM