İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib

İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib
Yayınlanma tarixi: 25.03.2023 11:36:29

İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulunu təbrik edib.

İslamazeri.com xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.

GÜNÜN MANŞETLERİ

Qaribaşvili Ərdoğana təbrik mesajı göndərdi
REGİON / GÜRCÜSTAN

Qaribaşvili Ərdoğana təbrik mesajı göndərdi

29.05.2023 13:56:47
Rəisidən Ərdoğana təbrik mesajı
REGİON / İRAN

Rəisidən Ərdoğana təbrik mesajı

29.05.2023 13:36:09