İmam (ə) bu gün zühur etsə həyatımızı bəyənərmi?

İmam (ə) bu gün zühur etsə həyatımızı bəyənərmi?
Yayınlanma tarixi: 10/29/2021 5:11:28 PM

İslamazeri-nin "Din" rubrikasından...

"İmam Zaman (ə) hazırda təhlükə hiss edir və bayram günlərində o Həzrətin qəm-qüssəsi yenilənir. Çünki islam ümmətini canavarlar əlində çarəsiz görür. Bu vəziyyəti, Allaha və İmamımıza itaət etməməklə özümüz ərsəyə gətirmişik. İnsafla danışaq! Biz müsəlmanıq? Həyatımız nə qədər ilahi və islami rəngə boyanıb? İmam (ə) bu gün zühur etsə bizim həyatımızı bəyənərmi? Küçə-bazarımızın, ailələrimizin, mediamızın vəziyyəti islamidirmi? Ən acınacaqlısı isə budur ki, əksərimiz yanlış addımladığımıza fikir vermirik. Quran bu barədə deyir: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? Onlar, dünya həyatlarındakı səyləri puç olaraq yoxa çıxmış və yaxşı iş görmələrini sanan kəslərdir.” (Kəhf 103-104)

Allahdan istəyirik ki, islama uyğun həyat tərzini bizə qismət etsin, məsumlarla olan əlaqəmizi daha da gücləndirsin və həyatda yolumuzu itirməyə imkan verməsin! Çünki yolu itirməklə bərzəx və qiyamətin zülmətlərinə düçar olacağıq."

Ayətullah Seyyid Ziyabadinin moizəsindən götürülüb İslamazeri.com-a istinad vacibdir.

FOTO

GÜNÜN MANŞETLERİ

İsrail Livanda 111 uşağı qətlə yetirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda 111 uşağı qətlə yetirib

3/17/2026 5:30:01 PM
Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ ÜSTÜNƏ ZƏRBƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan İslam Müqavimətindən İsrailə ZƏRBƏ ÜSTÜNƏ ZƏRBƏ

3/17/2026 4:10:01 PM