İmam Əli (ə) haqqında Peyğəmbər (s) hədisləri

İmam Əli (ə) haqqında Peyğəmbər (s) hədisləri
Yayınlanma tarixi: 12/25/2025 10:40:13 AM

Həzrət Əli (ə) haqqında Peyğəmbər (s) hədisləri

İslamazeri.com: Həzrət Əli (ə) haqqında Peyğəmbər (s) hədisləri:
1. «Qədir» hədisi: «Bütün firqələrdən olan məşhur alimlər təsdiq edirlər ki, vida həccindən qayıdan zaman həzrət Peyğəmbər (s) Qədire-Xumda dayanıb buyurdu: «Mən hər kəsin ixtiyar sahibiyəmsə, Əli (ə) də onun ixtiyar sahibidir».
2. «Mənzələt» hədisi: «Əhməd ibn Hənbəl, Şeyx Süleyman Bəlxi, İbn Səbbağ Maliki və bir başqa alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Sən (Əli (ə)) mənim üçün Harun Musa üçün olduğu kimisən».
3. «Yəvmul-inzar» hədisi: «Əksər mö’təbər kitablarda nəql olunmuşdur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Sən (Əli (ə)) mənim qardaşım, vəzirim, varisim və məndən sonra canişinimsən».
4. «Səqələyn» hədisi: «Əksər firqələrin mö’təbər kitablarında nəql olunmuşdur ki, həzrət Peyğəmbər buyurdu: «Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram: Allahın kitabı və itrətim (Əhli-beyt). Bu iki şey behiştdə mənə çatanadək bir-birindən ayrılmaz».
5. «Səfinə» hədisi: İbn-Abbas və başqa rəvayətçilər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Mənim ailəmin misalı Nuhun gəmisinin dastanı kimidir. Ona süvar olan nicat tapdı, ondan üz çevirən qərq oldu».
6. «Haqq» hədisi: «Əksər firqələrdən olan alimlər nəql edirlər ki, həzrət Peyğəmbər (s) buyurdu: «Əli (ə) həmişə haqla olub, haqq da Əli (ə) ilə».
Bu sayaq hədislər şiə və sünni mənbələrində kifayət qədərdir. Biz qeyd etdiyimiz hədislərlə kifayətlənirik.

Mənbə: "Əli (ə) kimdir" kitabı

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM