İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı artıb
Yayınlanma tarixi: 11/22/2022 3:20:11 PM

İndoneziyanın Qərbi Yava əyalətində dünən baş verən 5,6 bal gücündə zəlzələdə ölənlərin sayı 162-yə yüksəlib.

İslamazeri.com xəbər verir ki, Qərbi Yava valisi Ridvan Kamil zəlzələdə həyatını itirənlərin sayının 162-yə yüksəldiyini açıqlayıb.

700-dən çox adamın yaralandığı zəlzələdə 13 min adam didərgin düşüb, 2 min 200 ev dağılıb.

Bildirilib ki, axtarış-xilasetmə işləri davam edərkən, itki və yaralıların sayı arta bilər.

Xatırladaq ki, İndoneziyada 2018-ci ildə Sulavesi adasında baş verən 7,5 bal gücündə zəlzələ və sonrakı sunami nəticəsində 2000-dən çox insan ölüb, 4000-dən çox insan yaralanıb.

GÜNÜN MANŞETLERİ

Bazar gününün havası açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Bazar gününün havası açıqlanıb

4/11/2026 2:32:04 PM
Smotriç: İsrailin sərhədləri genişləndirilməlidir
DÜNYA / MARAQLI

Smotriç: İsrailin sərhədləri genişləndirilməlidir

4/11/2026 2:00:53 PM
Hizbullahdan hökumətə: Bizi məcbur etməyin ki...
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan hökumətə: Bizi məcbur etməyin ki...

4/11/2026 11:59:08 AM