İran ABŞ-a məxsus "Lukas" pilotsuz təyyarəsini məhv edib

İran ABŞ-a məxsus
Yayınlanma tarixi: 7/13/2026 12:12:28 PM

ABŞ-a məxsus "Lukas" pilotsuz təyyarəsi Bəndər Abbasda vurulub.

İslamazeri.com xəbər verir ki, İran ordusu Bəndər Abbas bölgəsinin hava məkanında aşkarlanan pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən izlənildiyini və yer-hava raket sistemi ilə vurulduğunu və tamamilə məhv edildiyini açıqlayıb.

İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin açıqlamasına görə, Bəndər Abbas bölgəsinin hava məkanında aşkarlanan PUA ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsi daxilində fəaliyyət göstərən hava hücumundan müdafiə bölmələri tərəfindən uğurla izlənilib və hədəf alınıb.

Bəyanatda ordunun yer-hava raket sisteminin uğurlu zərbəsinin PUA-nın gövdəsinə dəydiyi və onu tamamilə məhv etdiyi bildirilib.

İran İslam Respublikası Ordusu ölkənin hava məkanını qorumaq üçün gecə-gündüz tam hazır olduqlarını vurğulayaraq, hər hansı bir pozuntu və ya sızma cəhdinə sürətli və qətiyyətli cavab veriləcəyi barədə xəbərdarlıq edib.

GÜNÜN MANŞETLERİ