İran ABŞ-a məxsus MQ-9 pilotsuz təyyarəsini vurub

İran ABŞ-a məxsus MQ-9 pilotsuz təyyarəsini vurub
Yayınlanma tarixi: 7/18/2026 10:00:34 AM

İran ABŞ-a məxsus MQ-9 pilotsuz təyyarəsini vurub.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu, ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatının (PUA) Əsəluyə bölgəsi üzərində aşkar edildiyini və Hərbi Dəniz Qüvvələrinə məxsus inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsi mətbuat açıqlamasında ABŞ-a məxsus MQ-9 PUA-nın Əsəluyə bölgəsi üzərində izlənildiyini və məhv edildiyini bildirib.

Bəyanatda deyilir: "Hücum edən PUA, ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti və koordinasiyası altında fəaliyyət göstərən İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin yeni nəsil inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən İran hava məkanında aşkar edilib və Əsəluyə üzərində səmada vurulub."

Bəyanatda həmçinin iddia edilir ki, bu əməliyyat bir daha İranın hava hücumundan müdafiə sistemlərinin hava məkanını istənilən pozuntu və hücumlardan qorumaq qabiliyyətini nümayiş etdirib.

GÜNÜN MANŞETLERİ

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb
ÖLKƏ / İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

7/18/2026 11:54:50 AM
DİN: İtkin düşən 8 nəfər tapılıb
ÖLKƏ / HADİSƏ

DİN: İtkin düşən 8 nəfər tapılıb

7/18/2026 11:27:24 AM
İran: Hörmüz boğazında dörd gəmi dayandırılıb
REGİON / İRAN

İran: Hörmüz boğazında dörd gəmi dayandırılıb

7/18/2026 10:24:28 AM
İran ABŞ-a məxsus MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

İran ABŞ-a məxsus MQ-9 pilotsuz təyyarəsini vurub

7/18/2026 10:00:34 AM