İran: ABŞ-ın təhdidləri BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır

İran: ABŞ-ın təhdidləri BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır
Yayınlanma tarixi: 12/31/2025 11:11:48 AM

İranın BMT-dəki Daimi Nümayəndəsi Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ABŞ Prezidentinin İrana qarşı son təhdidlərini beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

İslamazeri.com xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəsi və Səfiri Əmir Səid İrəvani BMT Baş Katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda ABŞ Prezidentinin 29 dekabr 2025-ci ildə sionist rejimin Baş naziri ilə görüşü zamanı verdiyi son açıqlamaları təxribatçı və gərginləşdirici adlandırıb və bu açıqlamaların Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması olduğunu bildirib.

İrəvani, ABŞ və İsrailin 13-24 iyun 2025-ci il tarixləri arasında İrana qarşı həyata keçirdiyi ədalətsiz və qanunsuz birgə təcavüzə toxunaraq, bu təhdidlərin sadəcə siyasi ritorika deyil, əksinə beynəlxalq məsuliyyətə səbəb olan qanunsuz davranışın davam etməsinin göstəricisi olduğunu vurğulayıb.

İranın BMT-dəki Daimi Nümayəndəsi ABŞ-ın "yayılmama rejimi ilə bağlı ikili standartını" tənqid edərək, nüvə silahına malik dövlət və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin qoruyucusu olan ABŞ-ın eyni zamanda Qərbi Asiyada yeganə nüvə silahına malik rejim olan İsraili dəstəkləyərkən İranı təhdid etdiyini bildirib.

İrəvani Təhlükəsizlik Şurasının bu təhdidlər qarşısında hərəkətsizliyini və iflic olduğunu vurğulayaraq, bu vəziyyətin cəzasızlığın yayılmasına və regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərin artmasına səbəb olduğunu qeyd edib.

İrəvani Təhlükəsizlik Şurasını ABŞ-ın İrana qarşı təhdidlərini açıq şəkildə pisləməyə, ABŞ-ı beynəlxalq öhdəliklərinə əməl etməyə məcbur etməyə və ikili standartlardan azad yanaşma ilə gərginliyin artmasının qarşısını almağa çağırıb.

İrəvani məktubun sonunda bildirib ki, İran bu təhdidləri pisləsə də, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququnun ayrılmaz bir hüquq olduğunu və ölkənin suverenliyi, ərazi bütövlüyü, xalqı və ya həyati əhəmiyyətli milli maraqları təcavüzkar hərəkətlərlə hədəf alınarsa, bu hüquq qətiyyətlə və mütənasib şəkildə həyata keçiriləcək.

GÜNÜN MANŞETLERİ