İran ABŞ-İsrailə məxsus daha 5 PUA-nı zərərsizləşdirib.
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub sahillərində beş Hermes tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusu yazılı açıqlamada bildirib:
“Dünən ölkənin cənub sahillərində beş düşmən Hermes tipli PUA vuruldu”. Bəyanatda qeyd olunur ki, 28 fevralda ABŞ-İsrail hücumları başlayandan bəri təxminən 140 PUA zərərsizləşdirilib.
İsraildə yerləşən Elbit Systems şirkəti tərəfindən istehsal olunan Hermes seriyalı PUA-lar taktiki səviyyədən strateji səviyyələrə qədər müxtəlif missiyalar üçün nəzərdə tutulub. Hermes PUA-larının modellərinə 45, 90, 450, 900 və 900 Starliner daxildir.