İran: ABŞ İsrailin itki rəqəmlərinin açıqlanmasına qətiyyən icazə vermir

İran: ABŞ İsrailin itki rəqəmlərinin açıqlanmasına qətiyyən icazə vermir
Yayınlanma tarixi: 3/27/2026 10:02:24 AM

ABŞ İsrailin itki rəqəmlərinin açıqlanmasına qətiyyən icazə vermir.

İslamazeri.com xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü briqada generalı Seyid Məsud Şəkərci İsrailin müharibədəki itkilərini açıqlamadığını və ABŞ-ın bu məlumatların ictimaiyyətə açıqlanmasına mane olduğunu iddia edib.

İran Silahlı Qüvvələrinin yüksək vəzifəli sözçüsü Şəkərci davam edən münaqişə ilə bağlı son məlumatları paylaşaraq, İsrailin müharibənin əvvəlindən bəri 1321 itki verdiyini iddia edib.

Şəkərci bildirib ki, "ABŞ İsrailin itki rəqəmlərinin açıqlanmasına qətiyyən icazə vermir".

O, həmçinin iddia edib ki, İran tərəfindən həyata keçirildiyi iddia edilən raket hücumunda İsrail qüvvələrinin toplaşdığı ərazidə 40 nəfər ölüb, 60 nəfər yaralanıb.

GÜNÜN MANŞETLERİ