İran ABŞ-la razılaşma iddialarını təkzib edib

İran ABŞ-la razılaşma iddialarını təkzib edib
Yayınlanma tarixi: 6/12/2026 11:44:42 AM

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran dövlət televiziyasına verdiyi müsahibədə cari məsələlərə toxunub.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ ilə danışıqlarda hələlik yekun mətnin təsdiqlənmədiyini bildirib.

O, mediada Vaşinqtonla danışıqlarla bağlı "razılığın əldə edildiyi" barədə yayılan iddiaları təkzib edib.

Bəqayi Tehranın hələlik yekun qərar vermədiyini bildirib və yayılan məlumatların əsasən spekulyativ olduğunu qeyd edib.

Anlaşma memorandumunun layihəsinin texniki baxımdan əsasən tamamlandığını təsdiqləyən Bəqayi, danışıqlar prosesinə ən böyük maneənin ziddiyyətli açıqlamalar və ABŞ rejiminin daim dəyişən mövqeləri olduğunu bildirib.

Tehranın qərar qəbuletmə prosesinin şəffaf olduğunu vurğulayan sözçü Bəqayi, razılaşmanın bütün detallarının müvafiq orqanlar tərəfindən diqqətlə araşdırılmalı olduğunu və bu prosesin sonunda yekun təsdiqin veriləcəyini bildirib.

Qətər və Pakistanın danışıqlar prosesində aktiv vasitəçilik rolunu öz üzərinə götürdüyünü xatırladan Bəqayi, İranın qırmızı xətlərindən və müzakirə olunmayan milli prinsiplərindən güzəştə getməyəcəyini bir daha vurğulayıb.

ABŞ tərəfinin son günlərdə Tehrana təzyiq və təhdidlərlə təsir göstərməyə çalışdığını bildirən Bəqayi, İranın bu cür cəhdlərə boyun əyməyəcəyini və geri çəkilməyəcəyini vurğulayıb.

Bəqayi Hörmüz boğazındakı son vəziyyətlə bağlı verdiyi açıqlamada ABŞ-ın hücumlarından sonra bölgədə naviqasiya təhlükəsizliyinin ciddi şəkildə təhlükəyə atıldığını açıqlayıb.

Bəqayi, İran Silahlı Qüvvələrinin bölgədə təhlükəsizliyin təmin edilməsində məsuliyyətli bir mövqe nümayiş etdirdiyini bildirib və əlavə edib: "Lakin, ABŞ-ın xüsusilə son üç gecədə həyata keçirdiyi təxribatçı hərəkətlər bölgəni misli görünməmiş dərəcədə təhlükəsiz vəziyyətə saldı".

İran Baş Qərargahının ABŞ-ın hərəkətlərinin yaratdığı təhlükəsizlik riski səbəbindən yeni bir qərar qəbul etdiyini bildirən Bəqayi deyib:

“Mövcud vəziyyəti nəzərə alaraq, Hörmüz boğazından təhlükəsiz keçidin mümkün olmadığı qiymətləndirilib. Buna görə də, Hörmüz boğazı bütün gəmilər üçün bağlanıb. Bu qərarın yeganə səbəbi ABŞ-ın son günlərdə ölkəmizin cənubundakı obyektlərə qarşı həyata keçirdiyi qanunsuz və aqressiv hərəkətlərdir.”

İran rəsmisi ABŞ-ın bölgədə naviqasiya və sərbəst dəniz ticarətini hədəf aldığını qeyd edib və ticarət gəmilərinə edilən hücumlardan da bəhs edib. Bəqayi bildirib ki, “ABŞ qüvvələri də ticarət gəmilərinə ölümcül hücumlar həyata keçirib. Məsələn, üç Hindistan gəmisi zədələnib və bəzi hind dənizçiləri həyatını itirib. Bu, ABŞ-ın beynəlxalq dəniz hüququna və sərbəst ticarətə birbaşa təhdid etdiyinin sübutudur.

Hörmüz boğazındakı bu vəziyyət ABŞ-ın son iki-üç gün ərzindəki hərəkətləri nəticəsində yaranıb və silahlı qüvvələrimiz gəmilərə ehtiyatlı olmaq üçün lazımi xəbərdarlıqlar edib, çünki bu şərtlər altında təhlükəsizliyi təmin etmək mümkün olmayacaq.”

GÜNÜN MANŞETLERİ

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM
Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

6/12/2026 1:31:46 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

6/12/2026 12:43:08 PM