İran: ABŞ razılaşmaya əməl etməsə, Hörmüz boğazı bağlı qalacaq

İran: ABŞ razılaşmaya əməl etməsə, Hörmüz boğazı bağlı qalacaq
Yayınlanma tarixi: 7/16/2026 5:00:01 PM

İran: ABŞ razılaşmaya əməl etməsə, Hörmüz boğazı bağlı qalacaq

İslamazeri.com xəbər verir ki, İran Ordusunun sözçüsü Tuğgeneral Məhəmməd Əkrəminiya bildirib ki, ABŞ İranın müəyyən etdiyi hüquqi nizamı qəbul etmədiyi və əldə olunmuş razılaşmanın müddəalarına əməl etmədiyi təqdirdə, Hörmüz boğazı bağlı qalacaq.

İran Ordusunun sözçüsü Tuğgeneral Məhəmməd Əkrəminiya bu fikirləri çərşənbə axşamı axşam saatlarında Amol şəhərində yerləşən Qüds Müsəllasında keçirilən anım mərasimində çıxışı zamanı səsləndirib.

Tuğgeneral Əkrəminiya deyib: "Düşmən bir həftə ərzində İranın bütün hərbi məntəqələrini məhv edəcəyini bəyan etmişdi. Lakin 40 gün ərzində İran raketlərinin öz ərazilərinə düşdüyünü gördü."

O bildirib ki, düşmən razılaşmanı pozaraq Hörmüz boğazının cənubunda qanunsuz keçid dəhlizi yaratmağa cəhd göstərib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri bu cəhdə qətiyyətlə cavab verib və pozuntu törədən gəmiləri hədəfə alıb.

Tuğgeneral Əkrəminiya vurğulayıb: "ABŞ İranın hüquqi nizamını qəbul etmədiyi və Hörmüz boğazında İranın iradəsinə əsaslanan mexanizm qüvvəyə minmədiyi müddətdə bu boğaz bağlı qalacaq."

İranlı komandir hesab edir ki, ABŞ-ın aqressiv mövqeyi Hörmüz boğazını açmağa kifayət etməyəcək. Onun sözlərinə görə, boğazın yenidən açılması üçün Vaşinqton administrasiyası əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməli, aqressiv siyasətdən əl çəkməli və İranın müəyyən etdiyi qaydaların tətbiqini qəbul etməlidir.

GÜNÜN MANŞETLERİ