İran Babülməndəb boğazını bağlayarsa nə baş verər? - ŞƏRH

İran Babülməndəb boğazını bağlayarsa nə baş verər? - ŞƏRH
Yayınlanma tarixi: 7/14/2026 11:50:39 AM

"Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Babülməndəb boğazının bağlanmasını tələb edib

İslamazeri.com xəbər verir ki, İranın mühafizəkar xətti ilə tanınan "Keyhan" qəzetinin baş redaktoru və analitik Hüseyn Şəriətmədari son məqaləsində ABŞ-nin İrana tətbiq etdiyi dəniz blokadasına cavab olaraq strateji əhəmiyyətli Babülməndəb boğazının bağlanmasının zəruriliyini vurğulayıb.

Müəllif yazısında ABŞ Prezidenti Donald Trampın İran ətrafındakı dəniz blokadasını bərpa etmək və Hürmüz boğazından keçən yüklərdən 20% rüsum almaq barədə bəyanatlarını kəskin tənqid edib.

Şəriətmədarinin məqaləsində yer alan əsas məqamlar aşağıdakılardan ibarətdir:

  • Hürmüz boğazının statusu: Baş redaktor Trampın Hürmüz boğazının açıq olması barədə iddialarını təkzib edərək, boğazın tamamilə qapalı olduğunu və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) buradan heç bir gəminin keçidinə icazə vermədiyini bildirib. Müəllif beynəlxalq hüquqa (1958-ci il Cenevrə Konvensiyası) istinadən Hürmüz boğazı üzərində hüquqi rejimi müəyyənləşdirmək ixtiyarının yalnız İrana məxsus olduğunu müdafiə edib.

  • Babülməndəb boğazının bağlanması təklifi: Şəriətmədari ABŞ və İsrailin dəniz blokadasına qarşı ən zəif nöqtəsinin Babülməndəb boğazı olduğunu qeyd edib. O, bu boğazın düşmən ölkələrin gəmilərinə, həmçinin onlara neft və ticari yük daşıyan nəqliyyat vasitələrinə qapadılmasını təklif edib.

  • Hərbi imkanlar: Məqalədə Yəməndəki müqavimət güclərinin bu addımı atmağa hazır olduğu, eyni zamanda İranın sahib olduğu 3000 kilometrdən artıq mənzilə malik yüksək dəqiqlikli raketlər vasitəsilə 2300 kilometr məsafədə yerləşən Babülməndəb boğazını təkbaşına da asanlıqla nəzarətə götürə biləcəyi vurğulanıb.

Analitik yazısının sonunda beynəlxalq protokolların Qərb tərəfindən pozulduğunu iddia edərək, rəsmi Tehrana yalnız Babülməndəb boğazının bağlanacağını elan etməyin belə ABŞ-nin blokada siyasətinə qarşı təsirli bir addım olacağını bildirib və ölkə rəhbərliyini qətiyyətli hərəkət etməyə çağırıb.

GÜNÜN MANŞETLERİ