İran Bəhreyn və Küveytdəki ABŞ bazasından sonra Pana gəmisini vurdu

İran Bəhreyn və Küveytdəki ABŞ bazasından sonra Pana gəmisini vurdu
Yayınlanma tarixi: 6/3/2026 10:36:13 AM

Bu barədə "Press TV" telekanalı SEPAH-ın rəsmi bəyanatına istinadən məlumat yayıb.

İslamazeri.com xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi birləşmələri ABŞ hərbi təyyarəsinin İran tankerini hədəf almasına cavab olaraq, Birləşmiş Ştatlarla əlaqəsi olan "Panaya" gəmisinə zərbələr endirib.

Bu barədə "Press TV" telekanalı SEPAH-ın rəsmi bəyanatına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ hərbi təyyarəsi Hürmüz boğazı yaxınlığında İran tankerini vurub və nəticədə gəminin maşın bölməsinə ciddi ziyan dəyib. Buna cavab olaraq İran hərbçiləri "Panaya" gəmisinə hərbi-dəniz raketləri ilə hücum təşkil edib.

Qeyd edək ki, İran tərəfinin cavab tədbirləri təkcə sözügedən gəmi ilə məhdudlaşmayıb. Rəsmi bəyanatda həmçinin qeyd olunub ki, ABŞ-ın hücumuna cavab olaraq, Vaşinqtonun Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına da raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İranın Xark adasına daxil olmaq üçün dəniz blokadasını yarmağa cəhd göstərən "Lexie" neft tankerini sıradan çıxardığı barədə məlumat yaymışdı.

GÜNÜN MANŞETLERİ

Qədir Xum və
DİN

Qədir Xum və "Mövla" kəlməsi

6/3/2026 6:00:02 PM
Qədir Xum bayramının ƏMƏLLƏRİ
DİN

Qədir Xum bayramının ƏMƏLLƏRİ

6/3/2026 5:33:29 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

6/3/2026 2:04:14 PM