İran, Çin və Rusiya ilə birgə dəniz təlimi keçirəcək

İran, Çin və Rusiya ilə birgə dəniz təlimi keçirəcək
Yayınlanma tarixi: 1/30/2026 2:10:01 PM

Əl-Cəzirə televiziyası İran mənşəli mənbələrə istinadən İranın yaxın günlərdə Oman körfəzində və Hind okeanında Çin və Rusiya ilə birgə dəniz təlimi keçirəcəyini bildirib.

İslamazeri.com xəbər verir ki, Əl-Cəzirə bəzi İran mənbələrinə istinadən İran Hərbi Dəniz Qüvvələrinin tezliklə Oman körfəzində və Hind okeanında Çin və Rusiya donanmaları ilə birlikdə dəniz təlimləri keçirəcəyini bildirib.

Bu arada, Associated Press (AP) bəzi mənbələrə və sənədlərə istinadən İranın bu gün (cümə axşamı) gəmilərə xəbərdarlıq etdiyini və gələn bazar və bazar ertəsi günləri Hörmüz boğazında canlı sursatla dəniz təliminin keçiriləcəyini bildirib.

İran rəsmiləri bu xəbərlərlə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

GÜNÜN MANŞETLERİ

Sabah yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq - PROQNOZ

3/21/2026 2:19:04 PM
Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA
REGİON / İRAN

Əraqçidən atəşkəslə bağlı AÇIQLAMA

3/21/2026 1:10:59 PM
İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran 4000 km məsafədə yerləşən bazaya iki ballistik raketlə zərbə endirib

3/21/2026 12:20:01 PM
Bu gün Beynəlxalq Novruz günüdür
ÖLKƏ / MÜXTƏLİF

Bu gün Beynəlxalq Novruz günüdür

3/21/2026 11:36:43 AM