İran: Hörmüz boğazı növbəti xəbərdarlığa qədər bağlıdır

İran: Hörmüz boğazı növbəti xəbərdarlığa qədər bağlıdır
Yayınlanma tarixi: 7/12/2026 10:00:01 AM

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ABŞ-ın bölgəyə müdaxilələri dayandırılana qədər Hörmüz boğazının bütün dəniz nəqliyyatı üçün bağlandığını açıqlayıb.

İslmazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ABŞ-ın bölgəyə müdaxilələri dayandırılana qədər Hörmüz boğazının bütün dəniz nəqliyyatı üçün bağlandığını açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri aşağıdakı bəyanatı yayıb:

"Əvvəlki bəyanatımızda xarici qüvvələrin müdaxilələrinin və Hörmüz boğazında gəmilərə qanunsuz marşrutların tətbiq edilməsinin qəti cavabla qarşılanacağını və boğazda dəniz nəqliyyatını pozacağını bildirmişdik.

Bir neçə saat əvvəl bu xəbərdarlıqlara məhəl qoyulmadı. Xarici qüvvələrin təhriki ilə bəzi gəmilər icazəsiz marşrutlardan istifadə etməyə cəhd etdi və istiqamətlərini düzəltmək üçün xəbərdarlıqlara və təlimatlara məhəl qoymadı.

Bunun ardınca, təhlükəsiz dəniz naviqasiyasını təhlükəyə atan izləmə və identifikasiya sistemlərini söndürən gəmiyə xəbərdarlıq atəşi açıldı və gəmi dayandırıldı.

Bu hadisədən sonra, xarici qüvvələrin qanunsuz müdaxilələrindən qaynaqlanan təhlükəsizlik təhdidi səbəbindən, Hörmüz boğazı növbəti xəbərdarlığa qədər və ABŞ-ın bölgəyə müdaxilələri dayandırılana qədər bağlıdır. Bu müddət ərzində heç bir gəminin boğazdan keçməsinə icazə verilməyəcək.

Bundan əlavə, təcavüzkar düşmən bu hadisəni bəhanə edərək yeni bir hücum etməyə cəhd edərsə, daha sərt cavab veriləcək və bölgədəki əlavə düşmən bazaları hədəf alınacaq.

Bu müdaxilənin bütün nəticələrinə görə ABŞ, sionist rejimi və ərazilərinin düşmən bazaları kimi istifadəsinə icazə verən ölkələr məsuliyyət daşıyırlar."

GÜNÜN MANŞETLERİ