İran: Hörmüz boğazında ikinci bir dəhlizin açılmasına heç vaxt icazə verməyəcəyik

İran: Hörmüz boğazında ikinci bir dəhlizin açılmasına heç vaxt icazə verməyəcəyik
Yayınlanma tarixi: 8/7/2026 10:28:29 AM

İran: Hörmüz boğazında ikinci bir dəhlizin açılmasına heç vaxt icazə verməyəcəyik.

İslamazeri.com xəbər verir ki, İranın Ali Liderinin Hərbi Müşaviri, general-mayor Möhsün Rzayi, Vaşinqtonu mövqeyini dəyişdirməsi ilə bağlı xəbərdar edərək, Hörmüz boğazındakı blokada davam edərsə, ABŞ gəmiləri və qüvvələrinin ciddi risklər və itkilərlə üzləşəcəyini bildirib.

Ali Liderin Hərbi Müşaviri və İnqilab Keşikçilərinin keçmiş komandanı general-mayor Möhsün Rzayi, Hörmüz boğazındakı hadisələrlə bağlı şəxsi sosial media hesabında bu sözləri deyib.

Rzayi bildirib ki, "Blokada davam edərsə, ABŞ gəmiləri və qüvvələri ciddi təhlükələr və itkilərlə üzləşəcək".

O, ABŞ-ın mövqeyini dəyişdirməli olduğunu vurğulayaraq əlavə edib: "Əks halda, biz bu vəziyyətə dözməyəcəyik".

Rzayi həmçinin bildirib ki, "Hörmüz boğazında ikinci bir dəhlizin açılmasına heç vaxt icazə verməyəcəyik".

GÜNÜN MANŞETLERİ