İran: Hörmüz boğazından bir litr də olsun neft keçməyəcək!

İran: Hörmüz boğazından bir litr də olsun neft keçməyəcək!
Yayınlanma tarixi: 3/10/2026 1:20:01 PM

"Hörmüz boğazından bir litr də olsun neft keçməyəcək".

İslamazeri.com xəbər verir ki, İranın yüksək vəzifəli hərbi rəsmisi əl-Məyadinlə müsahibəsində bildirib ki, düşmən tərəflərə və onların bölgədəki tərəfdaşlarına "bir litr də olsun neft" ixracına sonrakı xəbərdarlığa qədər icazə verilməyəcək.

Rəsmi, "hamı üçün təhlükəsizlik və ya heç kim üçün təhlükəsizlik" prinsipini vurğulayaraq qeyd edib ki, əgər Amerika və İsrailin İran infrastrukturuna qarşı təcavüzü davam edərsə, qeyri-sabitlik vəziyyəti istisnasız olaraq hər kəsi əhatə edəcək.

Rəsmi, Hörmüz boğazı və hərbi tədbirlərlə bağlı bildirib ki, müharibə şəraitində Hörmüz boğazının idarə olunması ciddi təhlükəsizlik və hərbi qaydalara tabe olacaq.

O, Amerika və İsrail qüvvələrinin hərəkətlərini hücum planlarının uğursuzluğundan sonra "qeyri-adi davranışa" əl atmaq kimi xarakterizə edib.

Yüksək vəzifəli şəxs bildirib ki, əgər Amerika qüvvələrinin "iyrənc davranışı" davam edərsə, Tehran "yüksək intensivlikli və baha başa gələn" ssenarilərə əl atacaq ki, bu da müqavimətin döyüş meydanını genişləndirmək qabiliyyətinin açıq olduğunu göstərir.

Daha əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ və İsrailin bölgədəki hərəkətləri səbəbindən Hörmüz boğazında təhlükəsizliyin təmin edilə bilməyəcəyini bildirmişdi.

İran rəsmiləri Tehranın boğazı bağlamadığını, əksinə Vaşinqton və Təl-Əvivin bölgədə apardığı müharibənin gəmilərin keçidinə mane olduğunu bildirmişdilər.

Xatırladaq ki, Hörmüz boğazı adətən dünya neft və mayeləşdirilmiş təbii qazının 20%-nin keçidini həyata keçirir.

GÜNÜN MANŞETLERİ

İran Hayfadakı neft obyektlərini vurdu
REGİON / İRAN

İran Hayfadakı neft obyektlərini vurdu

3/10/2026 12:44:26 PM
Netanyahunun taleyi qeyri-müəyyən olaraq qalır
DÜNYA / MARAQLI

Netanyahunun taleyi qeyri-müəyyən olaraq qalır

3/10/2026 11:15:39 AM