İran: İnfrastrukturumuza hücum edilərsə, bölgədəki bütün infrastrukturu məhv edəcəyik

İran: İnfrastrukturumuza hücum edilərsə, bölgədəki bütün infrastrukturu məhv edəcəyik
Yayınlanma tarixi: 7/16/2026 1:47:15 PM

İran: İnfrastrukturumuza hücum edilərsə, bölgədəki bütün infrastrukturu məhv edəcəyik.

İran Xatəmul-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, qərargah polkovniki İbrahim Zülfiqari, ABŞ administrasiyasının bölgədəki təhdidləri və hərbi fəaliyyəti ilə bağlı sərt açıqlamalar verib.

İslamazeri.com xəbər verir ki, ABŞ-ı "cinayətkar" adlandıran və onu bölgəni sabitsizləşdirməkdə günahlandıran Zülfiqari, ölkəsinin hərbi qətiyyətini vurğulayıb.

İranın Hörmüz boğazındakı suveren hüquqlarına toxunan sözçü İbrahim Zülfiqari bildirib: "Əvvəla, bir daha təkrar edirik ki, heç bir halda xarici və regional olmayan bir ölkə olan ABŞ-ın Hörmüz boğazına müdaxilə etməsinə icazə verməyəcəyik. Bu, İranın keçilməz qırmızı xəttidir".

ABŞ prezidentinin İran infrastruktur obyektlərini hədəf alması ilə bağlı son hərbi təhdidlərinə toxunan Zülfiqari, mümkün hücuma qarşı cavab tədbirlərinin limitlərini açıqlayıb. Zülfikari bu məsələ ilə bağlı aşağıdakı xəbərdarlığı edib:

"İranın nəcibliyinə və ləyaqətli mövqeyinə uyğun olaraq, bu günə qədər bölgədə qalan hər şey - yəni bölgədəki bütün infrastruktur - İran İslam Respublikasının güclü silahlı qüvvələrinin polad zərbələri ilə yerlə-yeksan ediləcək. Bu zərbələr bu infrastrukturdan əsər-əlamət qoymayacaq və sanki heç vaxt mövcud olmamış kimi bir vəziyyətə səbəb olacaq."

Polkovnik Zülfikari silahlı qüvvələrin müdafiə doktrinasına və mümkün münaqişə ssenarilərinə toxunaraq hərbi cavabın təbiəti ilə bağlı bunları qeyd edib:

"Cahil düşmənə bildirin ki, bizim üçün bu, cəsarət və ya tərəddüd anı deyil. İran Silahlı Qüvvələri tərəfindən həyata keçiriləcək hərəkət ekvivalent cavab zərbəsi deyil, böyük üstünlük zərbəsi olacaq. Bu zərbələr əvvəlkindən daha şiddətli, daha əhatəli və daha dağıdıcı şəkildə endiriləcək. Heç vaxt təslim olmayan bir millətin qəzəb atəşi təcavüzkarı yandıracaq."

GÜNÜN MANŞETLERİ