İran İraqın şimalında terrorçuları hədəfə alıb

İran İraqın şimalında terrorçuları hədəfə alıb
Yayınlanma tarixi: 11/21/2022 10:49:29 AM

İnqilab Keşikçiləri Ordusu İraqın şimalında separatçı terror təşkilatlarının hərbi mövqelərinə raketlər və kamikadze PUA-larla zərbələr endirib.

İslamazeri.com xəbər verir ki, İnqilab Keşikçiləri Ordusunun Həmzə Seyyid-i Şühəda Qərargahı quru qüvvələri bu gün səhər saatlarında separatçı terrorçuların Şimali İraqdakı qərargahını raketlər və kamikadze PUA-larla hədəfə alıb.

Həmzə Seyyid-i Şüheda Qərargahından verilən yazılı açıqlamada əməliyyat zamanı Zirqwez, Cejnikan və Köysancakdakı terror hədəflərinin vurulduğu, terror təşkilatlarına ağır zərbə endirildiyi qeyd edilib.

Əl Aləm xəbər agentliyi separatçı terror təşkilatlarının Ərbil və Süleymaniyyə sərhədlərindəki qərargah və düşərgələrinin raketlər və kamikadze PUA-larla hədəf alındığını bildirib.

Xatırladaq ki, noyabrın 14-də İran Şimali İraqdakı terror təşkilatlarının qərargahını vurub.

GÜNÜN MANŞETLERİ

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib

4/27/2026 3:28:54 PM
Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO

4/27/2026 1:47:10 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/27/2026 1:00:01 PM