İran İsrailin hərbi kəşfiyyat bölməsinə PUA hücumu edib

İran İsrailin hərbi kəşfiyyat bölməsinə PUA hücumu edib
Yayınlanma tarixi: 3/11/2026 5:20:01 PM

İran İsrailin hərbi kəşfiyyat bölməsinə pilotsuz təyyarə ilə hücum edib.

İslamazeri.com xəbər verir ki, İran Ordusu, Sionist İsrail hərbi kəşfiyyat bölməsi olan AMAN-a qarşı pilotsuz təyyarə hücumu başlatdığını açıqladı.

İran Ordusu işğal olunmuş Fələstin ərazilərindəki sionist hədəflərinə qarşı pilotsuz uçuş aparatı (PUA) əməliyyatları keçirdiyini bildirdi.

Ordunun yazılı açıqlamasında deyilir: “Bu əməliyyatlarda İsrail rejiminin hərbi kəşfiyyat bölməsi AMAN, 8200-cü bölmə, Yaşıl Şam radarı və Hayfa dəniz bazasındakı sualtı qərargah binası bu səhərdən etibarən İran İslam Respublikasına məxsus pilotsuz uçuş aparatları tərəfindən hədəfə alınıb və bu hücumlar hələ də davam edir”.

28 dekabr 1953-cü ildə qurulan AMAN, Sionist İsrail hərbi kəşfiyyat agentliyidir və ordu ilə əlaqəlidir.

8200-cü bölmə kəşfiyyat məlumatlarını toplamaq, rəqəmsal rabitəni pozmaq və hücum kiber əməliyyatları aparmaqdan məsuldur.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM