İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib
İran İsraillə əlaqəli daha bir yük gəmisinə raket zərbəsi endirib.
İslamazeri.com xəbər verir ki, hərbi əməliyyat İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) tərəfindən həyata keçirilib.
İslam Respublikasının hərbi dəniz qüvvələri İsraillə məxsus konteyner gəmisini qanadlı raketlə hədəfə alıb.
Gəmidə yanğının başladığı qeyd edilib.
Xatırladaq ki, İran həftəsonu Hörmüz boğazında başqa bir İsrail gəmisinə zərbə endirib.