İran körfəz ölkələrinə xəbərdarlıq etdi: Neft hasilatı ilə vidalaşmalı olacaqsınız

İran körfəz ölkələrinə xəbərdarlıq etdi: Neft hasilatı ilə vidalaşmalı olacaqsınız
Yayınlanma tarixi: 4/22/2026 10:52:51 AM

İran körfəz ölkələrinə xəbərdarlıq etdi: Neft hasilatı ilə vidalaşmalı olacaqsınız

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Seyid Məcid Musəvi yazılı mesajında Fars körfəzinin cənubundakı ölkələrə əhəmiyyətli bir xəbərdarlıq etdi.

Briqada generalı Seyid Məcid Musəvi mesajında İran xalqına daha böyük qələbələr vəd edərkən region ölkələrinə sərt bir xəbərdarlıq edib: “Regionun cənubundakı coğrafiyasını, bazalarını və obyektlərini Amerikaya və bu xalqın düşmənlərinə xidmətə təklif edənlərə xəbərdarlıq edirik: Əgər əraziləriniz və imkanlarınız İrana hücum etmək üçün istifadə olunarsa, Yaxın Şərqdə enerji təhlükəsizliyi və neft hasilatı ilə vidalaşmalısınız.”

General Musəvi mesajına davam edib:

“Əlli gündən çoxdur ki, “üçüncü məcburi müharibə” davam edir. Bu prosesdə siz, böyük İran xalqı, küçələrdə və meydanlarda iştirakınızla yerdəki silahlı qüvvələrin əsl təməlinin millətin sarsılmaz iradəsi olduğunu nümayiş etdirdiniz.”

Bu millətin gənc oğlu olaraq, sıxılmış yumruqlarınızın, qətiyyətli addımlarınızın, səbrinizin və nümunəvi müdrikliyinizin qarşısında hörmətlə baş əyirəm; bu sədaqət və müqavimətə görə minnətdaram.

Aerokosmik Qüvvələrdəki oğullarınız qırx gün qırx gecə "yalançı təkəbbür əzəmətini" hədəf alaraq buraxılış meydançalarında dayandılar. Hərbi sükut dövrlərində belə, onlar bu qədim torpaqları və min illər boyu davam edən sivilizasiyanı ayıq gözlərlə, atəşə hazırlıqla və sarsılmaz qətiyyətlə qorumağa davam etdilər.

Bu gün sizin aranızda çıxış edərək bir daha söz veririk:

Biz İran xalqı ilə bir əhd bağlayırıq ki, düşmən ən kiçik bir səhvə yol verərsə və atəşkəsdən sonrakı gün belə müqəddəs İran torpaqlarına hücum edərsə, bu millətin və onun silahlı oğullarının cavabı fərqli, qətiyyətli və peşmanedici olacaq.

Bu dəfə İran xalqının istədiyi hər yer hədəfimizdə olacaq.

Cənub bölgəsindəki ölkələrə də açıq bir xəbərdarlıq edirik: Əgər əraziləriniz, bazalarınız və resurslarınız Amerikaya və bu millətin düşmənlərinə İrana hücum etmək üçün ayrılarsa, Yaxın Şərqdə enerji təhlükəsizliyi və neft hasilatı ilə vidalaşmağa hazır olun. İran xalqı təhdid ardınca deyil; lakin o, şərəfini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə etməkdən bir an belə çəkinməyəcək."

GÜNÜN MANŞETLERİ