İran Küveyt və Bəhreyndə ABŞ hərbi obyektlərini hədəfə alıb

İran Küveyt və Bəhreyndə ABŞ hərbi obyektlərini hədəfə alıb
Yayınlanma tarixi: 7/24/2026 3:30:01 PM

İran Küveyt və Bəhreyndə ABŞ hərbi obyektlərini hədəfə alıb.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu, Küveytdəki ABŞ-nin Əl-Udeiri bazasındakı üç sursat anbarının və Bəhreyndə ABŞ-nin Beşinci Donanmasının müşahidə qülləsinin "Nəsr Əməliyyatı 2"nin 27-ci dalğasında hədəfə alındığını açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsi, 50 nömrəli açıqlamasında, "Nəsr Əməliyyatı 2"nin 27-ci mərhələsi çərçivəsində Küveyt və Bəhreyndə ABŞ hərbi obyektlərinə hücumların həyata keçirildiyini açıqlayıb.

Bəyanata görə, "Ya Əba Salih əl-Məhdi Ədrikni" kod adı altında həyata keçirilən əməliyyat, Küveytin Əl-Udeiri şəhərindəki ABŞ hərbi bazasındakı üç sursat və hərbi texnika anbarını hədəfə alaraq məhv edib.

Bəyanatda həmçinin Bəhreyndə yerləşən ABŞ Beşinci Donanmasının müşahidə qülləsinin eyni vaxtda hədəfə alındığı və obyektə ciddi ziyan dəydiyi qeyd edilib.

İnqilab Keşikçiləri Korpusunun bəyanatı "Cəza əməliyyatları davam edəcək"sözləri əlavə edilərək yekunlaşdırılıb.

GÜNÜN MANŞETLERİ