İran Küveytdəki 3 ABŞ bazasını vurdu

İran Küveytdəki 3 ABŞ bazasını vurdu
Yayınlanma tarixi: 7/21/2026 12:32:05 PM

İran ordusu Küveytdəki 3 ABŞ bazasına pilotsuz təyyarələrlə hücum edilib.

İslamazeri.com xəbər verir ki, İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi, "Saika Əməliyyatı"nın 19-cu mərhələsi çərçivəsində Küveytdəki üç əsas ABŞ bazasının kamikaze dronları ilə hədəfə alındığını açıqlayıb.

İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin yaydığı açıqlamada bildirilir ki, "Böyük Şeytan"ın (ABŞ) təkrarlanan təcavüzünə və öhdəlikləri pozmasına cavab olaraq, bu gün səhər saatlarında "Saika Əməliyyatı"nın 19-cu mərhələsi çərçivəsində Küveytdəki üç əsas ABŞ bazası hədəfə alınıb.

Bəyanata görə, Arifcan Bazasındakı inzibati binalar və naviqasiya antenaları, Əl-Udeiri Düşərgəsindəki vertolyot dayanacağı və Əhməd əl-Cabir Bazasındakı ABŞ əsgərlərinin yerləşdiyi bina İran hərbi kamikaze dronları tərəfindən hücuma məruz qalıb.

İran ordusu Arifcan Bazasının Cənub-Qərbi Asiyada ABŞ ordusunun ən böyük yerləşdirmə və komandanlıq mərkəzlərindən biri olduğunu və Əl-Udeiri Düşərgəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə və Hərbi Hava Qüvvələrinə məxsus Apache, Chinook və Black Hawk helikopterlərinin yerləşdiyini bildirib.

Bəyanatda həmçinin qeyd olunur ki, Əhməd əl-Cabir bazası ABŞ ordusunun Qərbi Asiyadakı logistika və dəstək fəaliyyətlərində əsas rol oynayır və hava və müşahidə əməliyyatlarına əhəmiyyətli töhfələr verir.

İran ordusu ABŞ qüvvələrinin aqressiv hərəkətlərinin regional təhlükəsizliyi pozduğunu və silahlı qüvvələrin ABŞ-a qarşı mübarizəsində regionda təhlükəsizlik və sabitliyi bərpa etməyi hədəflədiyini bildirib.

GÜNÜN MANŞETLERİ