İran Mossadı İraq Kürdüstanındamı vurdu? - TƏHLİL

İran Mossadı İraq Kürdüstanındamı vurdu? - TƏHLİL
Yayınlanma tarixi: 16.01.2024 11:45:45

İran İslam İnqilabı Keşikçiləri Korpusu İraq Kürdüstanında Mossadı hədəf aldığını açıqlayıb

İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH İraq Kürdüstanında Mossadı hədəf aldığını açıqlayıb

"İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casus və terrorçuların qərargahı gecə yarısı İnqilab Keşikçiləri Ordusunun ballistik raketləri ilə hədəfə alınaraq məhv edilib".

İnqilab Keşikçiləri Ordusu mövzu ilə bağlı verdiyi ikinci yazılı açıqlamada bildirilib:

“Suriyada İŞİD terror təşkilatı başda olmaqla, işğal altındakı bölgələrdə başda son terror hücumları ilə əlaqəli liderlərin və əsas ünsürlərin görüşmə yerləri silsilə tədbirlərə başlanılaraq aşkar edilərək məhv edilib".

Hədəf alınan Pəşrəf Dizayi kimdir?

İraq Kürdüstanında milyonçu iş adamı.

İstər yanacaq alveri, istər tikinti (empireworld), istər mühafizə-təhlikəsizlik şirkətinin (falkon) sahibi olub.

Araşdırma zamanı məlum olur ki, 2015-ci ildə Peşmərgə ailələrinə 1 milyon dollar ayırıb. Bu Peşmərgə ailələrinin İŞİD-ə qarşı döyüşənlərmi, PKK-YPG-nin peşmərgələri olması isə müəmmadır.

PKK-ya bağlı saytlar belə Dizayilə bağlı mənfi açıqlamalar yaymır, əksinə son hücumla bağlı təəssüf hisslərini gizlətmirlər.

Senzura rejimində işləyən İsrail mediası bu hücumu Mossada və terrorçulara qarşı olmasını şübhə ilə qələmə alırlar.

İran bu əməliyyatda səhv hədəfləri vurub?

İstər Qərb, istər İsrail mediası bu hücumun bir iş adamına edilmiş sui-qəsd kimi göstərməyə çalışır. İraq Kürdüstanı "İraq və Kürdüstanın Suverenliyini pozma" olaraq açıqlayır. İran isə Mossad və İŞİD-i hədəf aldığını bildirir.

Onu qeyd edək ki, hücumlar təkcə İraq Kürdüstanında həyata keçirilməyib. Hücumlardan biri yəni İŞİD-i hədəfalma Suriyada reallaşıb. Məhz bu əməliyyat Kirman və digər hücumlar zamanı ələ keçirilən terrorçulardan əldə edilən məlumatlar əsasında həyata keçirilməsi ehtimalını verir.

Hədəf alınan Pəşrəf Dizayiyə gəlincə onu yaza bilərik ki, İraq Kürdüstanı və İsrail arasında neft satışında adı hallanır. Şübhə yoxdur ki, İsrail və İraq Kürdüstanı arasında neft ticarəti olub. Hətta İsrailə dünya miqyasında satılan neftin böyük hissəsi məhz İraq Kürdüstanındandır. Finansial Times-ın əldə etdiyi dəqiq məlumatlara görə, İsrailə satılan neftin 77 faizi məhz İraq Kürdüstanındandır.

Həmçinin məlumatlarda bu satılan neftin Suriya və İraqdakı peşmergələrin düşərgələrinin xərcinə ayrıldığı da qeyd olunur. 

Digər məlumatlara görə, peşmərgə düşərgələri artıq bir neçə ildir CİA və Mossad tərəfindən idarə olunur və təlim keçirilir.

Bu barədə hətta Türkiyə tərəfi də dəfələrlə öz narahatçılığını bildirmişlər.

Buradan baxsaq neft satışı+təhlükəsizlik şirkəti - pkk+peşmərgənin xərclərini ödəyib. İsrailin kəşfiyyat fəaliyyətinə verdiyi önəm+İran təhlükəsini nəzərə alsaq Mossadın bu yöndə fəaliyyətlərinin olma məlumatlarının dəqiq olduğunu deməyə əsas verir.

Həmçinin  bu məntiqi ardıcıllıqla İranın bu hücumunun "hara gəldi" etməsi ehtimalını sıfıra endirir. 

Qəzza əməliyyatlarına əməli etiraz edən Türkiyənin də CİA-Mossad-PKK-İŞİD  dördlüyü tərəfindən hədəfə alınmasını gözlər önünə gətirdikdə, İranın da Kirmanda bu cür hədəfə alındığını cözdüyünü və cavab həmləsi etdiyini deməyə əsas verir.

Böyük ehtimalla bu cür əməliyyatlar İraq və Suriya Kürdüstanında davam edəcək və hələ kəşfiyyat və proksi müharibələrdən daha çox eşidəcəyik.

R.B.

GÜNÜN MANŞETLERİ