İran neft tankerləri ABŞ-ın dəniz blokadasına baxmayaraq Çinə neft daşıyır.
İslamazeri.com xəbər verir ki, ABŞ-ın Hörmüz boğazında İran limanlarına daxil olan və çıxan bütün gəmiləri hədəf alan dəniz blokadası tətbiq etməsinə baxmayaraq, "Hughes" supertankeri boğazdan keçib.
ABŞ-da nəşr olunan "The New York Times" qəzetinin məlumatına görə, İran bayrağı altında üzən "Hughes" supertankeri aprelin əvvəlində Hark adasından neft yüklədikdən sonra Hörmüz boğazından keçib və beləliklə, Oman körfəzindəki ABŞ dəniz blokadasını keçib.
Bu supertanker təxminən iki milyon barel İran xam nefti daşıyır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 13 apreldə Türkiyə vaxtı ilə saat 17:00-da İran limanlarına daxil olan və çıxan bütün gəmilərə dəniz blokadası tətbiq edəcəyini açıqlayıb.