İran nümayəndə heyəti İsveçrədədir

İran nümayəndə heyəti İsveçrədədir
Yayınlanma tarixi: 6/21/2026 10:21:43 AM

İran nümayəndə heyəti İsveçrədədir.

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın İslamabad Sazişi çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsini müzakirə etmək üçün İsveçrəyə səfər edib.

Parlamentin sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti İslamabad Sazişi çərçivəsində qarşı tərəfin götürdüyü öhdəliklərin yerinə yetirilməsini izləmək üçün şənbə günü axşam İsveçrəyə yola düşüb.

İran mediasının məlumatına görə, İran nümayəndə heyəti İran və ABŞ arasında sazişdəki öhdəliklərin necə yerinə yetirildiyini müzakirə edəcək və qarşıdakı görüşlərdə bu istiqamətdə irəliləyişləri qiymətləndirəcək.

Nümayəndə heyətinin yola düşməzdən əvvəl verdiyi açıqlamada İran Xarici İşlər Nazirliyinin sözçüsü bu səfərin yekun razılaşmaya nail olmaq üçün danışıqların ikinci mərhələsinin başlaması demək olmadığını bildirib. Sözçü bildirib ki, səfərin əsas məqsədi qarşı tərəfin götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilməsini izləməkdir.

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM