İran: Oman körfəzində ABŞ-İsrail gəmisi hədəf alınıb

İran: Oman körfəzində ABŞ-İsrail gəmisi hədəf alınıb
Yayınlanma tarixi: 6/2/2026 10:15:37 AM

İran: Oman körfəzində ABŞ-İsrail gəmisi hədəf alınıb.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu, Oman körfəzində İran gəmisinə edilən hücuma cavab olaraq ABŞ və İsraillə əlaqəli ticarət gəmisini kruiz raketi ilə hədəf aldığını açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsi tərəfindən yayımlanan açıqlamada, ABŞ ordusunun Oman körfəzində İranın Lian Star gəmisinə hücum etdiyi bildirilir.

Bəyanatda bildirilir ki, bu hücuma cavab olaraq İnqilab Keşikçiləri Donanması cavab əməliyyatı keçirib və ABŞ-İsrail ilə əlaqəli MSC Sariska gəmisini kruiz raketi ilə hədəfə alıb.

İnqilab Keşikçiləri Korpusu həmçinin vurğulayıb ki, ABŞ qüvvələrinin bölgədəki hər hansı yeni hücumlarına qətiyyətli cavab veriləcək.

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

6/2/2026 1:00:01 PM