İran ordusundan Bəhreyndəki ABŞ bazalarına CAVAB HÜCUMU

İran ordusundan Bəhreyndəki ABŞ bazalarına CAVAB HÜCUMU
Yayınlanma tarixi: 7/8/2026 12:37:04 PM

İran ordusu Bəhreyndəki ABŞ bazalarına pilotsuz təyyarələrlə hücum edib.

İslamazeri.com xəbər verir ki, İran Ordusu, ABŞ-ın İranın cənubundakı hərbi və mülki ərazilərə hücumlarından sonra Bəhreyndə Şeyx İsa Hava Bazasında ABŞ qüvvələrinə qarşı pilotsuz təyyarə hücumu başlatdığını açıqlayıb.

İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin yaydığı açıqlamada bildirilir ki, ABŞ-ın İranın cənubundakı hərbi və mülki ərazilərə hücumlarından və 14 maddəlik razılaşmanın pozulmasından sonra İranın hücum dronları bu səhər tezdən Bəhreyndə Şeyx İsa Hava Bazasında ABŞ qüvvələrinin cəmləşdiyi əraziləri hədəfə alıb.

Bəyanatda bu əməliyyatın ABŞ-ın atəşkəsi açıq-aşkar və dəfələrlə pozmasının nəticəsi olduğu iddia edilir və əlavə edilir ki, "günahkar ABŞ atəşkəsi açıq-aşkar və dəfələrlə pozmasının nəticələrini daşıyacaq".

İran Ordusu həmçinin bildirib ki, bölgədəki bütün ABŞ bazaları onun dronları üçün qanuni hədəflərdir.

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

7/8/2026 2:26:32 PM
İran ordusundan Bəhreyndəki ABŞ bazalarına CAVAB HÜCUMU
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran ordusundan Bəhreyndəki ABŞ bazalarına CAVAB HÜCUMU

7/8/2026 12:37:04 PM