İran ordusundan qisas açıqlaması: Ayətullah Xameneinin qatilləri öz əcəlləri ilə ölməyəcəklər

İran ordusundan qisas açıqlaması: Ayətullah Xameneinin qatilləri öz əcəlləri ilə ölməyəcəklər
Yayınlanma tarixi: 7/6/2026 10:00:05 AM

İran ordusu: Ayətullah Xameneinin qatilləri öz əcəlləri ilə ölməyəcəklər.

İslamazeri.com xəbər verir ki, İran silahlı qüvvələrinin yüksək rütbəli şəxsləri şəhid Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində birlik və intiqam mesajları çatdırıblar.

Ordunun və İnqilab Keşikçilərinin nümayəndələri Ali Rəhbər Seyid Müctəba Xameneinin ətrafında həmrəyliklərini və onun qurduğu "şərəf və müstəqillik" yoluna sarsılmaz sadiqliklərini bəyan ediblər.

Dəfn mərasimindəki çıxışında İran Ordusunun komandanı general-mayor Əmir Hatəmi silahlı qüvvələrin Ali Rəhbər Seyid Müctəba Xameneinin komandanlığı altında "sarsılmaz güc və qətiyyətlə" hərəkət etməyə davam edəcəyini təsdiqlədi.

Hatəmi "Şəhid liderimiz şərəf və müstəqillik yolunu müəyyənləşdirdi; biz bu yolu izləməyə and içmişik" deyə bildirərək düşmən ünsürlərinin törətdiyi cinayətlərin cəzasız qalmayacağını və mütləq məsuliyyət daşıyacaqlarını əlavə edib.

İran Ordusunun Baş Komandan müavini admiral Həbibullah Səyyari şəhid liderin məsləhətlərinə sadiq qalacaqlarını bildirərək "qisas fikri həmişə zehnimizdə və qəlbimizdədir" dedi.

Bu arada, Ali Liderin müşaviri Məhəmməd Muxbir qətiyyətlə bildirib: "Şəhid liderin qatilləri öz əcəlləri ilə ölməyəcəklər; biz şübhəsiz ki, onlardan qisas alacağıq".

Bazar günü səhər Ayətullah Cəfər Sübhaninin rəhbərliyi ilə qılınan dəfn namazı ilə başlayan mərasimlər İran və İraqda altı gün davam edəcək.

100-dən çox ölkədən milyonlarla insanın və diplomatik nümayəndə heyətinin qatıldığı tədbir İran İslam Respublikasının tarixində ən böyük anım mərasimi kimi qeydə alınır.

GÜNÜN MANŞETLERİ