İran Pakistan sərhədində anti-terror əməliyyatı keçirdi

İran Pakistan sərhədində anti-terror əməliyyatı keçirdi
Yayınlanma tarixi: 17.01.2024 23:39:53

İran Polis Təşkilatı Sərhəd Mühafizəsinin komandanı general Əhməd Əli Quderzi Pakistandan ölkəyə soxulmağa çalışan terrorçu dəstənin məhv edildiyini bildirib.

İslamazeri.com xəbər verir ki, İran Polis Təşkilatının Sərhəd Qoşunlarının komandanı general Əhməd Əli Quderzi mətbuata açıqlamasında ölkə ərazisinə soxulmağa çalışan terrorçu dəstənin məhv edildiyini bildirib.

Sistan-Bəlucistan əyalətinin Çakigör sərhəd bölgəsində baş verən qarşıdurmada 1 terrorçunun zərərsizləşdirildiyini bildirən general Quderzi deyib:

"Yaralı iki terrorçu hadisə yerindən qaçdı, təhlükəsizlik qüvvələrinin terrorçuları ələ keçirmə səyləri davam edir".

General Quderzi əməliyyat zamanı çoxlu silah və sursatın ələ keçirildiyini bildirib.

Qeyd edək ki, dünən Pakistanda terror təşkilatı Ceyş əl-Zulm (Ceyş əl-Adl) iki mühüm qərargahı məhv edilib.

GÜNÜN MANŞETLERİ