İran Prezidenti: Hamımız Ayətullah Müctəba Xameneiyə tabeyik

İran Prezidenti: Hamımız Ayətullah Müctəba Xameneiyə tabeyik
Yayınlanma tarixi: 4/26/2026 10:00:01 AM

İran Prezidenti: Hamımız Ayətullah Müctəba Xameneiyə tabeyik

İranda hamı iranlı və inqilabçıdır.

İslamazeri.com xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bəyan edib.

O, ölkədə fikir ayrılığının, o cümlədən də “sərt baxışlılar” və “mülayimlər” olmadığını qeyd edib və bildirib ki, “hamımız iranlı və inqilabçıyıq”.

“İranda xalq və dövlət polad kimi birlik içərisindədir, hamı (İslam İnqilabının) Ali lideri( Ayətullah Müctəba Xameneiyə) tam şəkildə tabedir və bu birliyin sayəsində cinayətkar təcavüzkarları peşman edəcəyik”, – deyə Pezeşkian vurğulayıb.

O, İran xalqının ideologiyasının vəhdət içərisində olduğunu vurğulayaraq hamının əziz İranın qələbəsi üçün çalışdığını qeyd edib.

GÜNÜN MANŞETLERİ