İran raketi Təl-Əvivin mərkəzini vurdu.
İslamazeri.com xəbər verir ki, İranın Təl-Əvivə raket hücumu nəticəsində altı sionist yaralanıb və binalara və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
İran sionist İsrailə qarşı cavab hücumlarını davam etdirir. Bu səhər İran qüvvələri tərəfindən həyata keçirilən raket hücumu Təl-Əvivi hədəf alıb.
Hücumda altı sionistin yaralandığı bildirilir.
İsrail polisi hücumda istifadə edilən sursatın təxminən 100 kiloqram partlayıcı maddə daşıdığını və Təl-Əvivin mərkəzinə zərbə endirdiyini təsdiqləyib. Bu, ətrafdakı binalara və nəqliyyat vasitələrinə geniş ziyan vurub.
İsraildə yaralananların sayı 5000-i keçib.
İsrail rejiminin Səhiyyə Nazirliyi 28 fevraldan bəri yaralananların sayının 5000-i keçdiyini bildirib.