Yəməndə yerləşən "Əl-Məsirə" televiziyasına verdiyi müsahibədə Rzayi İrana qarşı hər hansı bir hücumun daha güclü cavabla qarşılanacağını bildirib.
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi İrana qarşı hər hansı yeni hücumun daha sərt cavabla qarşılanacağını bildirib.
Rzayi deyib: "Ölkəmizə qarşı hər hansı bir hücum daha sərt cavabla qarşılanacaq və biz bütün ssenarilərə hazırıq".
İran rəsmisi ABŞ-ın ya diplomatiyanı və İranın şərtlərini qəbul etməli, ya da İran raketlərinin gücünə təslim olmalı olduğunu iddia edib.
Rzayi açıqlamasında ABŞ prezidenti Donald Trampı da hədəfə alaraq deyib: "İrana qarşı yeni bir hücum Trampa daha böyük xəcalət gətirəcək".
Rzayi həmçinin Hörmüz boğazının keçmiş statusuna qayıtmayacağını bildirib və deyib: "Heç bir güc bizim razılığımız olmadan boğazı açıq saxlaya bilməz".