İran səfiri Azərbaycana təşəkkür edib

İran səfiri Azərbaycana təşəkkür edib
Yayınlanma tarixi: 3/2/2026 11:47:56 AM

İran səfiri Azərbaycana təşəkkür edib.

Ali dini rəhbər daha təhlükəsiz yerə getmək əvəzinə hər zaman yaşadığı evində qalmağı üstün tutdu, bu onun prinsipləri ilə üst-üstə düşür.

İslamazeri.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu mətbuat üçün brifinqdə deyib.

"Ali rəhbərimizin öldürülməsi ilə bağlı islam dünyasından reaksiyalar gəlməkdədir", - səfir deyib.

Diplomat Azərbaycan dövləti və xalqına başsağlığı mesajları ilə bağlı minnətdarlığını bildirib:

"Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə başsağlığı mesajları ilə həmrəylik nümayiş etdirib. Prezident İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı mesajını da hamı görüb".

Səfir qeyd edib ki, iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub, Azərbaycan öz ərazisindən İran əleyhinə istifadə edilə bilməyəcəyini ifadə edib:

"Təbii ki, biz buna hər zaman inanmışıq, Azərbaycanın ən yüksək vəzifəli şəxsləri bu mövqeyi hər zaman ifadə ediblər".

 

GÜNÜN MANŞETLERİ

BƏƏ-də İsrailin THAAD radarı məhv edilib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

BƏƏ-də İsrailin THAAD radarı məhv edilib

3/2/2026 1:00:01 PM
İran səfiri Azərbaycana təşəkkür edib
REGİON / İRAN

İran səfiri Azərbaycana təşəkkür edib

3/2/2026 11:47:56 AM