İran səfirindən aksiyalara görə Ermənistan rəsmilərinə etiraz

İran səfirindən aksiyalara görə Ermənistan rəsmilərinə etiraz
Yayınlanma tarixi: 1/15/2026 12:30:01 AM

“Biz Ermənistanın müvafiq strukturlarına dəfələrlə öz şikayətimizi çatdırmışıq, lakin piket iştirakçıları cəzasız şəkildə öz hərəkətlərini davam etdirirlər“, – deyə Şirqulami əlavə edib.

İslamazeri.com xəbər verir ki, İranın Yerevandakı səfiri Xəlil Şirqulami mətbuat konfransı keçirərək 6 gün ərzində hər gün 18:00-dan 21:00-dək Qərb tərəfdarı olan bir qrup şəxsin Yerevandakı İran səfirliyinin qaşrısında aksiyalar keçirdiyini,  həmin aksiyalarda əxlaqsız və təhqiramiz ifadələr istifadə edildiyini deyib.

“Bir qrup şəxsə imkan yaradılıb və onlara yaşıl işıq da yandırılıb ki, onları Ermənistandakı İran səfirliyinin binasına yaxınlaşaraq ehtiramsız və təhqiredici bəyanatlarla çıxışlar etsinlər“, – deyə o qeyd edib.

“Biz Ermənistanın müvafiq strukturlarına dəfələrlə öz şikayətimizi çatdırmışıq, lakin piket iştirakçıları cəzasız şəkildə öz hərəkətlərini davam etdirirlər“, – deyə Şirqulami əlavə edib.

İran səfiri həmçinin Ermənistanın İrana qarşı düşmən mövqe tutan qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyini də bildirib.

Ermənistan DİN isə İranlı diplomatın etirazına cavab olaraq bildirib ki, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarına, eləcə də digər beynəlxalq və ikitərəfli öhdəliklərə uyğun olaraq, ölkədə akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin, o cümlədən dost İranın səfirliyinin təhlükəsizliyi təmin olunur və onların normal fəaliyyəti üçün zəruri şərait yaradılır.

“Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Ermənistan­dakı İran İslam Respublikasının səfirliyi ilə daimi işgüzar əlaqə saxlayır”, — deyə açıqlamada qeyd olunur.

Bununla yanaşı, qanuna uyğun olaraq DİN tərəfindən həm aksiyaların iştirakçılarının, həm də səfirlik binasının təhlükəsizliyi təmin edilib. Bundan əlavə, aksiyaların iştirakçılarından biri polis əməkdaşının qanuni tələbinə əməl etmədiyinə görə inzibati qaydada saxlanılıb (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi).

Ermənistan Daxili İşlər Nazirliyi dinc toplaşmaların qanunla müəyyən edilmiş qaydada müşayiət olunmasını davam etdirəcək. Ermənistan demokratik dövlət kimi Konstitusiya, “Toplaşma azadlığı haqqında” qanun və beynəlxalq öhdəliklər çərçivəsində vətəndaşların sərbəst hərəkət və dinc toplaşma azadlığı hüquqlarının həyata keçirilməsinə mane olmamalıdır.

GÜNÜN MANŞETLERİ