İran şəhid komandirlərin adlarını açıqladı.
İslamazeri.com xəbər verir ki, İranın Müqəddəs Müdafiə və Müqavimət Dəyərlərinin Qorunması və Yayılması Fondu yaydığı bəyanatda, ABŞ və İsrailin hücumlarında şəhid olan komandirlərin adlarını açıqlayıb.
"Rəhman və Rəhim olan Allahın adı ilə.
Nəcib və qəhrəman İran xalqına,
Cinayətkar ABŞ və uşaq öldürən sionist rejimin vəhşi hücumunda İran xalqının və İslam ümmətinin nümunəvi lideri Həzrətləri İmam Xameneinin (k.s.) şəhid olması münasibətilə bir daha başsağlığı veririk; İran İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup dəyərli və cəsur komandirinin də şəhid olduğunu bildiririk:
General-mayor Şəhid Məhəmməd Şirazi – Baş Komandan Aparatının rəisi
General-mayor Şəhid Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahında Kəşfiyyat rəisinin müavini
General-mayor Şəhid Pilot Möhsün Dara Bağı – Silahlı Qüvvələrdə Lojistika və Dəstək rəisinin müavini
General-mayor Şəhid Əkbər İbrahimzadə – İnqilab Keşikçiləri Aparatının Baş Komandan Aparatının rəis müavini
General-mayor Şəhid Qulamrza Rezaian – İnqilab Keşikçiləri Aparatının Hüquq-mühafizə Kəşfiyyat Təşkilatının rəisi
General-mayor Şəhid Bəhram Hüseyni Mütlək – Silahlı Qüvvələrin Baş Qərargahında Planlaşdırma və Əməliyyatlar rəisi
General-mayor Həsənəli Tacik – Silahlı Qüvvələrin Baş Qərargahında Lojistika rəisi
İslam və İran düşmənləri Bilinməlidir ki, İmam Xomeyninin və möhtərəm İmam Xameneinin yolu Əbu Abdullah əl-Hüseynin (ə) nurlu yolu və Böyük Mehdinin zühuru üçün zəmin hazırlayan bir yoldur. İran xalqı bu nəcib və ilahi yolda müqavimətdən, qətiyyətdən və irəliləyişdən bir an belə çəkinməyəcək".