İran Trampın Pikaks dağı ilə bağlı təhdidinə cavab verib

İran Trampın Pikaks dağı ilə bağlı təhdidinə cavab verib
Yayınlanma tarixi: 7/23/2026 10:50:46 AM

İran Trampın Pikaks dağı ilə bağlı təhdidinə cavab verib.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidenti Donald Trampın Pikakse dağı ilə bağlı təhdidlərinə cavab verib.

Bəqayi bildirib ki, ABŞ nüvə obyektlərini hədəf almaqla Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qətnamələrini açıq şəkildə pozur.

Bəqayi deyib: "ABŞ-ın təkrarlanan təhdidləri təkcə beynəlxalq normalara zidd deyil, həm də İranın elmi inkişafına və tərəqqisinə qarşı dərin düşmənçiliyini nümayiş etdirir".

Sözçü İranın nüvə fəaliyyətlərinin BAEA-ya şəffaflıq və yoxlama müqavilələri çərçivəsində bildirildiyini vurğulayıb və ABŞ-ın heç bir nüvə fəaliyyətinin aparılmadığı Pikakse dağına olan vəsvəsəsini "məhv üçün bəhanə" kimi xarakterizə edib.

O, həmçinin BAEA-nın baş direktoru Qrossinin susqunluğunu tənqid edərək ondan "BAEA-nın baş direktoru və BMT-nin baş katibinin namizədi haradadır?" deyə soruşub.

Bəqayi bildirib ki, İran xalqı milli suverenliyinə edilən hər hansı bir hücuma qarşı qətiyyətlə dayanacaq.

GÜNÜN MANŞETLERİ

Sədəqə verməyin savabı
DİN

Sədəqə verməyin savabı

7/23/2026 12:41:09 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

7/23/2026 12:30:01 PM
Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

7/23/2026 11:26:59 AM