İran və Oman Hörmüz boğazı üçün yeni bir sistem üzərində işləyirlər.
İslamazeri.com xəbər verir ki, İran və Oman rəsmilərinin Hörmüz boğazından keçidi tənzimləmək üçün yeni bir çərçivə üzərində işlədikləri bildirilir.
İranın Rusiyadakı səfiri Kazım Cəlali iki ölkənin boğazın idarə olunması mexanizmi üzərində danışıqlar apardığını bildirərək, "İranın boğazın bağlı qalmasında maraqlı olmadığını" əlavə edib.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi, Tehranın Hörmüz boğazı üçün yeni dəniz qaydaları tətbiq etdiyini və bölgə üzərində suverenliyin yalnız İran və Omana məxsus olduğunu bildirib.
Qəribabadi, qaydaların "müharibə şəraitində" tətbiq olunduğunu və xarici müdaxiləyə icazə verilməyəcəyini bildirib.
İranlı diplomat həmçinin hər hansı bir tənzimləmənin Omanla əlaqələndirilməli olduğunu vurğulayıb və əlavə edib ki, "Məsləhətləşmələrdə yaxşı irəliləyiş əldə edilib".
İranın Rusiyadakı səfiri Cəlali də bölgədəki inkişafların yeni qaydaları zəruri etdiyini bildirib və deyib: "Bu boğaz açılacaq, lakin yeni şərtlər altında. Bu şərtlər İran və Oman tərəfindən müəyyən ediləcək".