İran və Oman Hörmüz boğazının idarə olunması məsələsini müzakirə ediblər.
İslamazeri.com xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi, Omanın paytaxtı Məskətə səfəri zamanı Omanla birgə Hörmüz Boğazı Komitəsinin ilk iclasının keçirildiyini açıqlayıb.
Qəribabadi, görüşdə iki ölkə arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Hörmüz boğazının gələcək idarə olunması ilə bağlı fikir mübadiləsi aparıldığını bildirib.
İran rəsmisi müzakirələrin boğazla həmsərhəd ölkələrin hüquqlarına hörmət prinsipinə əsaslanan idarəetmə modelinə yönəldiyini bildirib.
Bu arada, İran xarici işlər naziri Abbas Əraqçi əvvəllər Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşdə Hörmüz boğazının gələcək idarə olunması və dəniz nəqliyyatı xidmətlərinin müəyyənləşdirilməsi ilə bağlı iki ölkə arasında dialoqa başlamaq barədə razılığa gəlindiyini açıqlayıb.
İran və Oman Hörmüz boğazında dəniz nəqliyyatının idarə olunması üçün birgə komitə yaratmaq barədə razılığa gəlmişdilər. Bildirilib ki, bu anlaşma memorandumunun məqsədi dəniz təhlükəsizliyini və naviqasiya təhlükəsizliyini təmin etmək, boğazla həmsərhəd ölkələrin hüquqlarını qorumaq və strateji su yolunda sabitliyi qorumaqdır.