İran və Oman Hörmüz boğazının idarəçiliyini öz üzərinə götürüb

İran və Oman Hörmüz boğazının idarəçiliyini öz üzərinə götürüb
Yayınlanma tarixi: 6/15/2026 3:29:37 PM

İran və Oman Hörmüz boğazının idarəçiliyini öz üzərinə götürüb.

İslamazeri.com xəbər verir ki, İran və ABŞ arasında aparılan danışıqlarda Hörmüz boğazının idarə olunması ilə bağlı mühüm bir razılaşma əldə edildiyi bildirilir.

Fars Xəbər Agentliyinə danışan mənbələrə görə, razılaşmanın son versiyası İran və Omanın boğaz üzərində suveren hüquqlarını və tranzit haqlarını toplamaq səlahiyyətlərini rəsmi olaraq təsdiqləyir.

Danışıqların son mərhələsində edilən dəyişikliklərlə "Hörmüz boğazında dəniz xidmətlərinin gələcək idarə olunması" İran və Omanın məsuliyyətinə buraxılıb.

Mətndəki "dəniz xidmətləri" ifadəsinin İranın boğazdan keçən kommersiya gəmilərindən tranzit haqları toplamaq hüququnu təmin etdiyi bildirilir.

Bildirilir ki, ABŞ bu məsələdə İranın tələbini qəbul edib və yalnız 60 günlük "sərbəst keçid" müddəti ilə razılaşıb.

İran hökuməti razılaşmanın qüvvəyə minməsindən sonrakı ilk 60 gün ərzində kommersiya gəmilərindən tranzit haqları toplamayacaq.

Lakin bu müddətdən sonra İran boğazda təhlükəsizlik, dəniz idarəçiliyi, ətraf mühitin mühafizəsi və sığorta kimi xidmətlər göstərməyə başlayacaq.

Bu xidmətlərdən əldə edilən maliyyə gəlirlərinin ölkənin iqtisadi inkişafı üçün istifadə edilməsi planlaşdırılır.

Qeyd edilib ki, Hörmüz boğazının digər tərəfində yerləşən Oman hökuməti ilə lazımi koordinasiya qurulub.

İran, Omanla ortaq bir zəmində bu strateji tranzit məntəqəsində iqtisadi və təhlükəsizlik tədbirləri həyata keçirməklə bölgədəki nəzarətini möhkəmləndirməyi hədəfləyir.

GÜNÜN MANŞETLERİ

Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır
ÖLKƏ / MÜXTƏLİF

Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır

8/5/2026 5:23:43 PM
Salavat necə deyilməlidir?
DİN

Salavat necə deyilməlidir?

8/5/2026 4:41:16 PM
MİQ üzrə vakansiya seçiminə başlanılıb
ÖLKƏ / TƏHSİL

MİQ üzrə vakansiya seçiminə başlanılıb

8/5/2026 3:47:22 PM
Suriya İraqla sərhədə qoşun yığır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Suriya İraqla sərhədə qoşun yığır

8/5/2026 1:46:54 PM
Sabah yağış yağacaq, güclü külək əsəcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq, güclü külək əsəcək

8/5/2026 1:24:26 PM